Qadın 1 milyon manatlıq dələduzluqda ittiham olunur

Qadın 1 milyon manatlıq dələduzluqda ittiham olunur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 46 yaşlı İmişli rayon sakini Vəfa Osmanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclasında zərərçəkmiş Asif Orucəliyev təqsirləndirilən şəxsin ona külli miqdarda ziyan vurduğunu və dəymiş ziyanı bu günə qədər ödəmədiyini deyib.

Zərərçəkmiş V.Osmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalında həbs edilməsini istəyib. Digər zərərçəkmişlər A.Orucəliyevin vəsatətini müdafiə etdiklərini deyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı noyabrın 17-ə təyin edilib.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. İstintaq zamanı V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər