Polis polkovniki onu intim münasibətlə şantaj edən qadını həbs etdirdi - VİDEO

Polis polkovniki onu intim münasibətlə şantaj edən qadını həbs etdirdi - VİDEO

Polis polkovmik-leytenantını şantaj etməkdə təqsirləndirilən qadın həbs edildi. Criminal.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib. Hazırlıq iclasında V.Dadaşovanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmə baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, digər zərərçəkmiş isə özəl klinikalardan birinin həkimdir.

Xatırladaq ki, V.Dadaşova bir müddət əvvəl Criminal.az saytına video müraciət göndərərək P.İsmayılovun onu dostu ilə zorladığını iddia edirdi. 




Loading...

Loading...