Musa Tukanov həbsdə qaldı

Musa Tukanov həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanov barəsində seçilən həbs-qətimkan tədbirini dəyişməyib. Bunu onun oğlu Akif Tukanov bildirib. Bakı Apellyasiya Məhkəməsi noyabrın 8-i sədr müavini barəsində çıxarılan həbs qərarından verilən şikayətə baxıb.

Şikayətdə həbs qərarının ləğv edilməsi istənilib. Ancaq hakim Qail Məmmədov aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb. Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir. Onlar ittihamı qəbul etmirlər.

XATIRLATMA

Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, ötən həftə saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər