MTN generalına ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ SÖKÜLSÜN, VAR-DÖVLƏTİ ALINSIN

MTN generalına ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ SÖKÜLSÜN, VAR-DÖVLƏTİ ALINSIN

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Elçin Quliyevin 15 , Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, hər iki şəxsin medal və rütbələrinin əllərindən alınmasını və əmlaklarına həbs qoyulmasını tələb edib.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər