"Kanal 13"ün direktoruna 7 il HƏBS TƏLƏBİ

"Kanal 13"ün direktoruna 7 il HƏBS TƏLƏBİ

 "Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Cavad Cavadovun müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.




Loading...

Loading...