İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan azərbaycanlıya hökm oxundu

İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan azərbaycanlıya hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində döyüşməkdə ittiham olunan Zöhrab Vəzirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə görə, Z.Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Z.Vəzirov Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrinin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etməkdə təqsirli bilinib.




Loading...

Loading...

Oxşar xəbərlər