Hacı Qalibin oğlunun məhkəməsində ilginc olay - ŞİKAYƏTÇİ...

Hacı Qalibin oğlunun məhkəməsində ilginc olay - ŞİKAYƏTÇİ...

Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib. Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürüb.

Daha sonra Ə.Salahzadənin vəkili vəsatət qaldıraq müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsini və ev dustaqlığına buraxılmasını istəyib. Vəsatət təmin edilməyib. Məhkəmə noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Ə.Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər