Ərinə görə DİN-i məhkəməyə verdi

Ərinə görə DİN-i məhkəməyə verdi

 Vəfat edən polisin həyat yoldaşı Daxili İşlər Nazirliyini məhkəməyə verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.

O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib. G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib. Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib.

Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.




Loading...

Loading...