Əfqan Muxtarlı ev dustaqılığına buraxılmadı

Əfqan Muxtarlı ev dustaqılığına buraxılmadı

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işləri üzrə məhkəmə başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Hümbət Səlimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Nemət Kərimlinin cinayət işinə xitam verilməsi və ya Ə.Muxtarlının ev dustaqılığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib. Proses dekabrın 14-də davam etdiriləcək.

İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.




Loading...

Loading...