“Əflatun müəllim mənə zəng elədi, prokurorluğa dəvət etdi'' - Mərhum Arzunun məhkəməsindən

“Əflatun müəllim mənə zəng elədi, prokurorluğa dəvət etdi'' - Mərhum Arzunun məhkəməsindən

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkim-anestezioloq İsmayıl Qənbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriib. Criminal.az xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə iki tibb bacısının ifadəsi alındı.

Klinikanın baş tibb bacısı Ləzifə Xəlilovanın ifadələri dinlənilib: “Dərmanların hesabatını aparmaq mənim səlahiyətimdədir və anestesioloji vəsaitlər jurnalı əməliyyat blokunda saxlanılan, mənə koməkçi bir jurnaldır. Əməliyyatda iştirak edən tibb bacıları hər əməliyyatda istifadə etdikləri dərmanlarım miqdarını ora qeyd edirlər, sonda mən həmin jurnalda olan qeydləri öz əsas jurnalımda qeyd edirəm. Bu jurnalda hər hansı bir dəyişiklik olsa mən bunu görər və növbətçi tibb bacısı ilə müzakirə edərdim. Jurnalda heç bir dəyişiklik görməmişəm, növbətçi tibb bacısı ilə bu haqda heç bir söhbətim olmayıb. Bu halı müstəntiqdən eşitdim və elə bir şeylərin olmadığını bildirdim”.

Sonra Ləzifə xanımın istintaqda verdiyi ifadələr səsləndirilib və özünə təqdim olunub. Tibb bacısı yazılan ifadələri təkzib edərək, yalnız sonuncu sətirin və imzanın ona aid olduğunu bildirib, ifadədə yazılan tarixə öz fikrini əlavə edib.

“Əflatun müəllim mənə zəng elədi, prokuraturaya dəvət etdi. Mən işdə idim. Anama zəng edib, onunla birgə getdim. Noyabr, dekabr ayları idi. Sulu qar yağırdı. Ancaq bu saxta ifadə avqust ayına yazılıb. Avqustda paltomu geyinilir? Əflatun müəllim mənə suallar verdikdə mən ona etirazımıda bildirdim ki, 5-6 ay qabaq olan hadisə üçün məni niyə indi dindirirsiniz? Hər şeyi necə yadımda saxlaya bilərəm?” - deyə  şahid bildirib.

Klinikada tibb bacısı işləyən Əliyeva Röya ifadəsində bildirib ki, Arzu mənim xəstəm olmadığından mən ona baxmamışam. Uşağı yalnız əməliyyatdan qabağ və axşam 21 radələrində görmüşəm. Qonşu palatada idim uşağın səsini eşitdim və həmin palataya keçdim. Uşaq kürəyi üstə uzanmışdı. Halı xoşuma gəlmədiyi üçün növbədə olan Abuzər həkimə məlumat verdim. Sonra tibb bacısının istintaqa verdiyi ifadələr dinlənildi və imzası özünə təqdim edildi.

Tibb bacısı səsləndirilən ifadəni təksib edərək bildirdi ki, dünyasını dəyişən Arzu Qurbanlının anası Xəyalə Qurbanlı ona qızının əməliyyatdan sonra narkozdan ayılmaması və vəziyyətinin get-gedə ağırlaşması barədə heç bir söz deməyib: "Ümumiyyətlə, bizim aramızda uşaq ilə bağlı heç bir söhbət olmayıb. Mən belə ifadələr verməmişəm. Yalnız sonuncu cümlə və imza mənə məxsusdur".

Tibb bacısı Əliyeva Röya verilən suallara cavab olaraq bildirib ki, “Mən prokuraturada yay aylarında ifadə vermişəm, oxumuşam, qolda çəkmişəm. Lakin, qış aylarında Əflatun müəllim şəxsiyyət vəsiqəsinin kopyası lazım olduğu üçün məni yenidən çağırdı. Qarşıma bir kağız qoyub qol çəkməli olduğumu bildirdi. Mən oxumaq istəyəndə,” birinci verdiyiniz ifadənin kopyasıdır” deyib, məni məcbur etdi.” Proses oktyabrın 18-də davam etdiriləcək.




Loading...

Loading...