Böyük Britaniya şirkətinin baş mühasibinə hökm oxunub

Böyük Britaniya şirkətinin baş mühasibinə hökm oxunub

Fuad Əfəndiyevin mənzilləri, maşını müsadirə edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin məhkəməsi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun “Port Baku” yaşayış kompleksində olan mənzilləri, şəhərin mərkəzində olan mülkləri, avtomobili müsadirə edilib.

Cinayət işinin başlanmasına "Amec plc" şirkətinə məxsus üç şirkətin – “Amec” MMC, “AMEC Resources Limited” və “AMEC Services Limited” şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.

İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub. 

F. Əfəndiyev mənimsəmə və digər cinayətlərdə ittiham edilib.




Loading...

Loading...

Oxşar xəbərlər