Məhərrəm İbrahimov və Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib

Məhərrəm İbrahimov və Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib
"Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını yayıb. Təşkilat bu il dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabat hazırlayıb. 

Siyahıda 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun da adı var.
Hesabata görə, bu il dünyanın 20 ölkəsində 38 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb.

Xəbər lenti