Yeni ildə əfv sərəncamı gözlənilmir

Yeni ildə əfv sərəncamı gözlənilmir

 “Güman ki, Yeni il ərəfəsində əfv sərəncamı olmayacaq” Bu sözləri Femida.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.

R.Məcid bildirib ki, əfv sərəncamı verilməzdən əvvəl Əfv Komissiyasının üzvlərinə xəbər verilir və buna uyğun iclaslar, tədbirlər keçirilir: “Lakin hələlik bizə belə bir məlumat verilməyib. Buna görə də güman edirəm ki, Yeni il bayramı münasibətilə əfv olmayacaq”.

Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.




Loading...

Loading...

Oxşar xəbərlər