Vəkil Elçin Sadıqov Mehman Hüseynovla görüşüb

Vəkil Elçin Sadıqov Mehman Hüseynovla görüşüb

“Əhvalı yaxşıdır, ancaq səhhətindəki problemlər hələ də qalır”

Noyabrın 1-də vəkil Elçin Sadıqov Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüb. 

Vəkil Mehman Hüseynovun əhvalının yaxşı olduğunu, ancaq səhhətindəki problemlərin hələ də qaldığını deyib: 

“Səhhətində problemlər var, düzəlməyib. Amma saxlanılma şəraitindən narazı deyil. Əhvalı yaxşıdır, hər kəsə salamı var”.
Bloger daha əvvəl 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı. 

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.




Loading...


loading...
Loading...
loading...