NİDA fəalının cəzası azaldılıb

NİDA fəalının cəzası azaldılıb

Ali Məhkəmə Elgiz Qəhrəmanlının şikayətinə baxıb

Ali Məhkəmə noyabrın 29-da həbsdə olan NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü üzvü Elgiz Qəhrəmanın şikayətinə baxıb.

Meydan TV-yə verilən məlumata görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib və cəzasını üç ilə endirib.

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 18-də isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

E.Qəhrəmanın həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.




Loading...

Loading...

Oxşar xəbərlər