Kriminal avtoritet “Dəli Samir”in şikayəti təmin edilmədi

Kriminal avtoritet “Dəli Samir”in şikayəti təmin edilmədi

“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritet hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Samir Aslanov və Fikrət Əfəndiyevin şikayətinə baxılıb.

S.Aslanov hədə-qorxu ilə tələb etməkdə, qanunsuz silah saxlama, narkotik maddələrin dövriyyəsində, F.Əfəndiyev isə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilirlər.

Onlar barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Aslanov 11 il, F.Əfəndiyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən Samir Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınır.




Loading...


loading...
Loading...
loading...