Bakının məhşur həbsxanasının yeni rəisi ''vor zakon''un yaxın qohumudur - FOTO

Bakının məhşur həbsxanasının yeni rəisi ''vor zakon''un yaxın qohumudur - FOTO

Bakı İstintaq Təcridxanasına təyin olunmuş yeni rəislə bağlı maraqlı məlumatlar məlum olub.

Xəbər verdiyimiz kimi, təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Həmin vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib. Rəşid Səfərovun Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin olunduğu bildirilir.

Criminal.az saytının əldə etdiyi məlumata görə, E.İsmayılov tanınmış ''qanuni oğru'' Otar Bədəlovun bacanağıdır. O.Bədəlov "Borçalı klanı"nın lideri kimi tanınırdı. "Rövşən Lənkəranski"yə "oğru" adını vermiş "Nardaranlı Mirseymur" ''sxodka'' zamanı "Qoca"nın namizədliyini irəli sürüb. Otar isə "Qoca"ya ad verilməsinə qarşı çıxıb. Və Mirseymurla Otar arasında dava düşüb. 

Bu yarımçıq qalmış "sxodka"dan sonra azərbaycanlı "qanuni oğru"lar arasında ciddi parçalanma yaranır. Belə ki, bu davadan sonra Moskva kafelərinin birində Otar Bədəlov və onunla birgə olan "Çeçen Ruslan" qətlə yetirilir. Otarın qətli Azərbaycan kriminal qruplaşmalarını iki barışmaz düşərgəyə bölür. Bundan sonra Mirseymur qətlə yetirilir. "Peşera" barına gələn iki killer Mirseymura "Steçkin" tipli tapança-avtomatdan 12 güllə vurur. 

Rəis vəzifəsindən çıxarılan Rəşid Səfərov isə əvvəllər polis rəisi olub. O, isə məhşur həbsxana rəisi, ''Cinayət aləminin imamı'' hesab olunan ''Lotu Söhbət''i öldürdüyü iddia olunan Məmmədəli Zeynalovun kürəkənidir.  


Lotu Söhbət


Loading...

Loading...