Azərbaycanda saxlanılan ermənistanlı diversantlardan XƏBƏR VAR

Azərbaycanda saxlanılan ermənistanlı diversantlardan XƏBƏR VAR

Azərbaycanda saxlanılan 2 ermənistanlı diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı olub. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki məhkəmənin qərarı ilə həbs olunub. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, digər şəxs - Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar humanitar hüquq normalarına uyğun olaraq istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".




Loading...

Loading...

Oxşar xəbərlər