MEDİA-da ixtisarların ilginc sirri bilindi

MEDİA-da ixtisarların ilginc sirri bilindi
MEDİA-da bir qədər əvvəl ixtisarlar baş verdi. Həmin ixtisarların səbəbi məlum olub. Criminal.az saytına daxil olan məlumatda deyilir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) sədri Əhməd İsmayılov ətrafına 50-yə yaxın tanış-dostunu toplayıb. Onlara hər ay 2500-3000 manat maaş yazıb. Beləcə 1 ilə yaxın Əhməd İsmayılov dost-tanışına maaş verib. Bunun qarşısılığında isə hər hansı bir faydalı iş görülməyib. Üstəlik MEDİA üzərindən media qurumlaırna ayrılmalı vəsaitlər də dost-tanışın maaşına yönəldilib. Buna görə də MEDİA-ya Maliyyə Nazirliyindən ayrılan böyük vəsaitlər tez bir zamanda "əriyib".
MEDİA Maliyyə NAzirliyinə müraciət edərək vəsait tələb edib. Bu zaman Maliyyə Nazirliyi MEDİA-ya ayardığı vəsaitin hesabatını tələb edib və məlum olub ki, Əhməd İsmayılov büdcə vəsaitini dost-tanışına ayırıb. Məsələ ölkə rəhbərliyi səviyyəsinə çıxarılıb və bundan sonra MEDİA-da ixtisarlar başlayıb.

Xəbər lenti