"Lotu Quli"nin xanım vəkili keçmiş nazir müavinin qızıdır

Загрузка...
"Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun xanım vəkili özü haqda maraqlı məqam açıqlayıb. Məlum olub ki, dünyaca məşhur "qanuni oğru”nun vəkili sabiq nazir müavinini qızıdır.
Criminal.az xəbər verir ki, "Lotu Quli"nin vəkili Təranə Əliyeva bir neçə gün əvvəl Bakı Şəhər Baş Ipolis İdarəsinə çağırılması ilə bağlı Lent.az-a açıqlamasında daxili işlər nazirinin sabiq müavini Telman Əliyevin qızı olmağını deyib. Bildirib ki, atası 11 il nazir müavini olub.
Criminal.az bildirir ki, Telman Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində qərargah rəisi, Naxçıvan MR daxili işlər nazirinin sabiq müavini, muxtar respublikada Dövlət Gömrük Komitəsinin ilk rəisi olub. 1982-ci ildə Həmid Cəfərov və Zakir Nəsirovla birlikdə uzaq Sibirdən böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nəşini çiynində Azərbaycana gətirib. 

Telman Əliyev 
Vəkil Təranə Əliyevanın uzun illər ərzində təkcə öz müştərisi olan, "Lotu Qulu"yə deyil, həm də qarşı tərəfə - "oğru dünyasında" Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevə də işləməsi haqda mətbuatda məlumatlar yer alıb. İddialara görə, Təranə Əliyeva Nadir Səlifovun həbsxanadan çıxması ilə bağlı görülən bütün planlar haqqında məlumatı Rövşən Lənkəranskiyə ötürüb, bunun nəticəsində Nadir Səlifovun həbsdən çıxmasını yubadıb. Bu yolla o, Nadir Səlifovu bütün vəkillərdən uzaqlaşdırıb ki, heç bir qanuni hüququ olmadan onun yeganə vəkili olsun. Təranə Əliyeva onun azadlığa çıxması ilə bağlı Gürcüstan və Azərbaycanda bütün sənədləşmə işləri ilə məşğul olan yeganə insan olub. Onun yeganə məqsədi - Nadir Səlifovun ömürlük həbsxanada qalması olub.
Загрузка...
Загрузка...

Xəbər lenti