Korrupsiya qalmaqalı ərəfəsində Avstriyanın kansleri istefa verib

Korrupsiya qalmaqalı ərəfəsində Avstriyanın kansleri istefa verib
Kurz öz yerinə xarici işlər nazirini təklif edib
Avstriya Federal Kansleri Sebastian Kurz oktyabrın 9-da istefa verdiyini elan edib. Səbəb kimi korrupsiya göstərilir. O, şənbə günü keçirdiyi mətbuat konfransında prezident Aleksandr fon der Bellendə xarici işlər naziri Aleksandr Şellenberqi öz yerinə təyin etməyi təklif edib.
"Mənim ölkəm şəxsiyyətimdən daha vacibdir",- söyləyən Sebastian Kurzun sözlərinə görə, parlamentə qayıdıb Avstriya Xalq Partiyasının qrup lideri kimi qalmaq istəyir. Bir gün əvvəl isə prokurorluq Sebastian Kurzun rəhbərlik etdiyi partiyanın ofisində mətbuatı ələ alma şübhəsi ilə araşdırma aparıb. Eyni zamanda, axtarışlar kanslerin sözçüsü Johannes Frişmannın, media komissarı Gerald Fleşmanın və Stefan Steynerin müşavirinin ofislərində də aparılıb.
İddialara görə, 2016-2018-ci illərdə Avstriya Maliyyə Nazirliyi hakim partiya üçün faydalı rəy sorğuları göndərmək qarşılığında yerli qəzetlərin birində reklamları maliyyələşdirmək üçün büdcə vəsaitlərindən istifadə edib: "Məqsədin Kurzun əvvəlcə partiyada iqtidara gəlməsinə, daha sonra isə federal kansler vəzifəsini tutmasına imkan verən planın bir hissəsi olduğu güman edilir".
Bir müddət əvvəl isə üç müxalifət partiyası kanslerin istefasını tələb edib. 2017-ci ilin oktyabrında keçirilən erkən parlament seçkilərində Sebastian Kurzun başçılıq etdiyi Avstriya Xalq Partiyası qalib gəlib.
O, dekabrda Avstriya Azadlıq Partiyası ilə koalisiya razılaşması imzalayıb, buna görə mühüm postlar olan müdafiə, xarici və daxili işlər nazirlərinin portfellərini qazanıb. Ancaq 2019 -cu ilin mayında Avstriya Parlamenti "Ibiza-qeyt" skandalı ilə əlaqədar Sebastian Kurza etimadsızlıq səsverməsini qəbul edib.
Sentyabrda yenidən keçirilən erkən parlament seçkilərində Kurzun başçılıq etdiyi Avstriya Xalq Partiyası yenidən qalib gəlib. O, ötən ilin yanvarında ikinci dəfə Avstriyanın federal kansleri olub. S.Kurz Avstriya tarixində ən gənc kansler sayılır. 2017-ci ilin onun 31 yaşı vardı.

Xəbər lenti