Zeynəb Xanlarova: Başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir

Zeynəb Xanlarova: Başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir

''Bəzi məmurlar öz cibləri üçün çalışırlar''

“Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də”.

Bunu Modern-ə müsahibəsində Azərbaycan xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.  

O qeyd edib ki, indi heç kimin vecinə də deyil. 

“Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi... Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil. 

Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər?” 

Z.Xanlarova deyib ki, həkimlərin, müəllimlərin maaşları artırılmalıdır. 

“Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu filan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir?  Bu oliqarxlara pullar hardan axır? Niyə bu məmurlar Prezidentimizdən nümunə götürmürlər. Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar”, - Z.Xanlarova deyib.

Türkiyə səfərindən danışan millət vəkili, qeyd edib ki, küçədə bir azərbaycanlı oğlanın qovrulmuş şabalıd satdığını görüb. 

“Yanımdakı qıza dedim ki, gəl şabalıd alaq. Amma pul almaq istəmədi bizdən. “Çox sağ olun, Zeynəb xanım” dedi. 35-40 yaş arası olardı. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ali təhsilli müəllimdir. İnstitutu bitirəndə xahiş edib ki, onu öz bölgəsinə göndərsinlər, müəllimlik etməyə. Amma pulu olmayıb deyə, işi də alınmayıb. İndi məcbur olub şabalıd satır. Həm də Türkiyədə. Dedi ki, sabah burdan keçsəniz, onda görəcəksiniz ki, onunla birgə neçə həmyerlimiz burdadı. Deyib ki, atam-anam evləndirdi, indi ailəsini, uşağını məcburiyyətdən qoyub gəlib bura. Günə 10 manata işləyir”.  




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər