Vergilər Nazirliyi “Gilan holdinq”də audit yoxlamaları aparır

Vergilər Nazirliyi “Gilan holdinq”də audit yoxlamaları aparır

 Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Gilan holdinq”in müxtəlif müəssisələrində audit yoxlamaları aparır. AzEuroNews.com-a Bakıdan verilən xəbərdə bildirilir ki, yoxlamalar zamanı bəzi nöqsanlar aşkarlanıb. Vergi Auditi Departamenti “Gilan holdinq”in gəlirlərinin həcmini və məbləğini kiçiltdiyini müəyyən edib.

Buna da bax: Direktor oğlu Administrasiya qarşısında intihara cəhd edib - Təfərrüat

Vergilər naziri Fazil Məmmədov

Vergilər naziri Fazil Məmmədov

Holdinq bəzi müəssisələrinin gəlirlərini az göstərməklə yüksək rentabelli fəaliyyət göstərməsini gizlətməyi hesablayıb.

Çünki yoxlamalar nəticəsində meydana çıxan real statistik məlumatlar və audit hesablamaları “Gilan”ın tərkibindəki müəssisələrin bir-bir əldən çıxması ilə nəticələnir.

Buna da bax: Almaniyaya sığınan azərbaycanlı viza fırıldaqçısına görə boğazını kəsdi

Hazırda holdinqin bir neçə müəssisəsinin Azərbaycanda fəaliyyət göstərən yüksək reytinqə malik və artıq heç bir rəqibi olmayan holdinqin hesabına keçdiyi xəbər verilir.

Hakim elitaya yaxın şəxslərin idarəçiliyində olan holdinq “Gilan”a aid obyektləri tək-tək audit yoxlamaları vasitəsi ilə nəzarətinə keçirir. Lakin audit yoxlamaları dar və qapalı çərçivədə həyata keçirilir.

Buna da bax: “Telmana demişdim, bu bazarı bağla...”

Fövqəladə Hallar naziri Kəmaləddin HeydərovFövqəladə hallar naziri Kəmaləddin Heydərov

“Gilan Holdinq” üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika, gündəlik tələbat malları sahələrini əhatə edir:

Gilan Tikinti

GILAN HOLDING-in tikinti sektoru

“INSPECTİON DEVELOPMENT MONİTORİNG”,

“QƏBƏLƏ ASFALT ZAVODU”,

“QƏBƏLƏ TİKİNTİ MƏHSULLARI MÜƏSSİSƏSİ”,

“QARADAĞ KƏRPİC ZAVODU”,

“GİLAN SERAMİK ZAVODU”,

“GİLAN & KNAUF”,

“GİLAN PACİFİC”,

“İNŞAAT LOTOS”

Gilan Turizm

“QƏBƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI”,

“GİLAN TURİZM”,

“QƏBƏLƏ OTELİ”,

“GİLAN OTELİ”,

“YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ”,

“HEYDƏR ƏLİYEV ADINA KONQRES MƏRKƏZİ”,

“KEMPİNSKİ HOTEL”,

“BADAMDAR QAFQAZ BAKU CİTY HOTEL & RESİDENCES”,

“QAFQAZ PARK HOTEL”, “QAFQAZ RESORT HOTEL”,

“QAFQAZ POİNT HOTEL”,

“QAFQAZ RİVERSİDE RESORT HOTEL”,

“QAFQAZ SPORT HOTEL”,

“QAFQAZ SAHİL HOTEL”,

“CRESСENT HOTEL”.

Gilan Sənaye

“AGRO-AZƏRİNVEST”,

“BAKI CD EMALI ZAVODU”,

“QƏBƏLƏ FINDIQ EMALI ZAVODU”,

“GİLAN AGROTECH”,

“BELTMANN PİANO ZAVODU”,

“QƏBƏLƏ KONSERV ZAVODU”,

“LƏNKƏRAN KONSERV ZAVODU”,

“GİLAN LİFT ZAVODU”,

“GİLAN DƏYİRMANLARI”,

“GİLAN ZEYTUN”,

“GİLAN PLASTİK”,

“GİLAN SERVİS”,

“GİLAN DƏRİ EMALI ZAVODU”,

“GİLAN ÇAY İSTEHSALI”,

“GİLAN TEKSTİL PARKI” və sairələr…

Bu siyahı yalnız “Gilan Holdinq”ə aid olan bir hissədir. Belə görünür ki, şirkət təhvil-təslim dövrünü, çamadan ovqatını yaşayır.

Yada salaq ki, “Gilan” fövqəladə hallar naziri Kamaləddin Heydərovun biznes şəbəkəsidir.

Elektron KİV yazır ki, K.Heydərovun biznesini bir hissəsis audit yoxlamaları ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətinə verilir. Əlavə məlumatları dəqiqləşdiririk…




Loading...

Loading...

Oxşar xəbərlər