Hafiz Məmmədov yazır: "Onlar milyardları belə taladılar"

Hafiz Məmmədov yazır: "Onlar milyardları belə taladılar"

Haqqin.az portalında dərc edilmiş silsilə məqalələr, hansıları ki, şərti olaraq “Hafka bank sistemindəki Mütəşəkkil Cinayətkar Qrupa qarşı" sərlövhəsi altında ümumiləşdirmək olar, ölkə ictimaiyyətinin xüsusi diqqətini cəlb edib. Virtualaz.org xatırladır ki, həmin yazılarda söhbət bir neçə yüksək vəzifəli məmurun mütəşəkkil cinayətkar qrup yaratmasından, sənədləri saxtalaşdırmaq yolu ilə və reyder basqınları təşkil etməklə, həmçinin xidməti vəzifədən sui-istifadə vasitəsilə işgüzar dairələrdə “Hafka” adı ilə məşhur olan sahibkar Hafiz Məmmədovu necə iflasa uğratmalarından gedirdi.

Hələ iki il əvvəl onun başçılıq etdiyi və çiçəklənən Baghlan Group (BG) şirkətlər qrupu demək olar ki, bütün aktivlərdən məhrum oldu, onun Bank of Azerbaijan-ı az qala bütün partnyorlarına və əmanətçilərinə borclu qaldı. Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar özü isə (yeri gəlmişkən, heç bir azərbaycanlı bu günə kimi belə bir addımı ilə öyünə bilməz) onun üçün məxsusi olaraq qurulmuş borc tələsinə düşdü. Bütün bunlar necə, kimlərin təşkilatçılığı və iştirakı, hansı üsul və vasitələrlə aparılıb və nə ilə nəticələnib? Bu gün artıq bu mövzunu Hafiz Məmmədov özü davam etdirir. Biznesmenin haqqin.az-da dərc olunmuş sensasiyalı məktubu ilə bu lingdən tanış ola bilərsiniz. Mütləq oxuyun...




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər