Bakı Olimpiya Stadionu zərərə düşüb

Bakı Olimpiya Stadionu zərərə düşüb

''Qarabağ'' klubunun Çempionlar Liqasında oyunlarına görə maliyyələşmə ilə bağlı çətinliklər olub''

“Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı kəskin azalıb.

Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Bildirilir ki, MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.

Maraqlıdır ki, bu ilin iyunun 7-də “Vergilər” qəzeti MMC-nin nizamnamə kapitalının 590,001 mln. manatdan 1000 manatadək azalması barədə məlumat yaymışdı.

Bakı Olimpiya Stadionu 68 min 700 tamaşaçı tutumlu, yüksək beynəlxalq standartlara uyğun tikilib.

2008-ci ildə ilkin mərhələ olaraq stadionun dizayn işləri başlayıb. Tenderdə bir neçə yerli və xarici şirkətlərin təklifi nəzərə alınıb. İqtisadi səmərəlilik, müasirlik, şəhərin arxitekturasına uyğunluq həmçinin texniki xüsusiyyətlər nöqteyi-nəzərdən təşkilatçılar Türkiyə şirkətinin təklif planını qəbul ediblər və bunun əsasında dizayn işləri davam etdirilib.

Stadion ərazisinin hazırlığı SOCAR-ın tikinti şirkəti tərəfindən həyata keçirilib. İlkin işlərə yaşıllaşdırma, stadionun bünövrəsini möhkəmlətmə və tam miqyaslı tikinti xidmətləri göstərilməsi üçün gələcək tenderlərin inkişaf planı aid idi.

Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi 6 iyun 2011-ci ildə yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib.

“Bakı Olimpiya Stadionu” MMC-nin baş mühasibi Azər Əliyev “APA-Economics”ə bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və “Qarabağ” futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub.

“Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürdüyündən, Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma olub. Qanuna görə, təsisçi nizamnamə kapitalını artıranda və ya azaldanda bir ay qabaqdan “Vergilər” qəzetində elan verilməlidir. Bakı Olimpiya Stadionu da qanuna əməl edərək nizamnamə kapitalı artırılanda və ya azaldılanda bir ay qabaqdan bu elanı qəzetdə dərc edir”. 

O qeyd edib ki, elan kreditorların bundan məlumatı olması üçün bir ay əvvəldən verilir. Vergilər Nazirliyi kreditorların tələblərinin olub-olmamasını gözləyir. Kreditorların 1 ay ərzində tələbləri olmadığı təqdirdə nizamnamə kapitalı azaldılacaq və 1000 manat təşkil edəcək. Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması Bakı Olimpiya Stadionunun təsisçisi SOCAR-ın verəcəyi qərardan asılıdır. Bu proseslər tam şəffaf və hüquqi çərçivədə aparılır. Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılır. Bütün əməliyyatlar bu audit yoxlamasında da öz əksini tapır”, - deyə A.Əliyev vurğulayıb.

Bakı Olimpiya Stadionunun tikintisinə 2013-cü ildən başlanıb. Stadionun tikintisinə 500 milyon manata yaxın vəsait xərclənib.




Loading...

Loading...

Oxşar xəbərlər