Azərbaycanda partiya sədri həbs edildi

Azərbaycanda partiya sədri həbs edildi

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tukanov həbs edilib.

“Report”un xəbərinə görə, M.Tukanova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktı M.Tukanovun ailəsi təsdiqləyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yerli KİV-ə bildirib ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

 




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər