ASLAN İSMAYILOVDAN POLİSƏ DAHA BİR ŞİKAYƏT – “Məndən 40 min dollar para aldı…”

ASLAN İSMAYILOVDAN POLİSƏ DAHA BİR ŞİKAYƏT – “Məndən 40 min dollar para aldı…”

Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə barəsində cinayət işi açılan hüquqşünas Aslan İsmayılovdan hüquq-mühafizə orqanlarına daha bir şikayət hazırlanır.

“AzPolitika”ya daxil olan məlumata görə, Türkiyə vətəndaşı, iş adamı Hızır Ekşi A.İsmayılova cinayət işi açıldığını öyrəndikdən sonra ondan şikayətçi olmaq niyətinə düşüb. H.Ekşi Aslan İsmayılovun etibardan sui-istifadə yoluyla onun 40 min dollarını mənimsədiyini bildirib.

Xatırladaq ki, türk iş adamı bir müddət əvvəl “AzPolitika”ya açıqlamasında bu barədə ətraflı məlumat vermiş, A.İsmayılovu fırıldaqçılıqda ittiham etmişdi. “Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!” deyə, H.Ekşi əməkdaşımızla söhbətə başlamışdı.

Türk iş adamı daha sonra bildirmişdi ki, təxminən 2 il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A.İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A.İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb. Türk iş adamının dediklərindən: “Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda pulu geri verəcəyəm, işi düzəldə bilmirəm dedi. Amma pulu geri vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda vəkiləm deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik.
Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində. Onu Gürcüstana göndərdi. Pulu ona verdik. Yəni tam bir dolandırıcı saxtakar”.

Maraqlıdır ki, Aslan İsmayılov türk iş adamı Hızır Ekşini tanıdığını və onun Paata adlı gürcü hüquqşünasa 40 min dollar verməsini təşkil etdiyini etiraf etmişdi. Lakin H.Ekşinin probleminin həll olunmamasına və 40 min dollarının geri qaytarılmamasına görə məsuliyyəti öz üzərindən atmağa çalışmışdı.

Belə görünür ki, bu məsələ də istintaqın araşdırma predmeti olacaq.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər