ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək. virtualaz.org xəbər verir ki, bu haqda NBC News telekanalına təhqiqatla tanış olan mənbələr deyiblər. Gözlənilir ki, xüsusi prokuror ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnə və oğlu Maykla ittiham irəli sürəcək.

Maykl Flinn Trampın keçid komandasının üzvü olub və daha sonra milli təhlükəsizlik müşaviri təyin edilib. Lakin cəmi 24 gün bu vəzifədə işlədikdən sonra qalmaqala istefa verib. Səbəb isə general Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla təmasları barədə vitse-prezident Maykl Pensə yalan məlumat verməsinin üzə çıxması olub. Maykl Flinn Moskva ilə Trampın komandası arasında gizli sövdələşmə şübhələri fonunda nəzərləri ilk cəlb edən fiqurlardan biridir.

Xatırladaq ki, bundan əvvəl xüsusi prokuror Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manaforta və onun biznes ortağına qarşı ittiham irəli sürüb. Lakin bu ittihamlarda Rusiyanın adı çəkilmir, Manafort Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin xeyrinə lobbiçilik fəaliyyəti həyata keçirərək əldə etdiyi on milyonlarla dolları vergidən yayındırmaqda ittiham olunur. Bununla belə istisna deyil ki, Manaforta Rusiya ilə bağlı ittiham istintaqı gedişində irəli sürülə bilər.

Maykl Flinnə qarşı irəli sürülməsi gözlənilən ittihamlar da onun lobbiçilik fəaliyyəti ilə bağlıdır. Hazırda Müllerin komandası ona qarşı ittiham irəli sürmək üçün əlavə şahidləri dindirir. Flinnin oğlu, atasının işlərində ona kömək edən Maykla da analoji ittihamlar irəli sürülməlidir.

Mənbələr deyiblər ki, Müllerin komandası Maykl Flinnin Amerika-Türkiyə münasibətlərinə təsir göstərmək, türkiyəli və amerikalı siyasətçilər arasında görüşlər təşkil etmək üçün milyonlarla dollar aldığına dair məsələni araşdırır. Belə ki, NBC telekanalının mənbələrinin bildirdiyinə görə Trampın inauqurasiyasından bir neçə həftə sonra Ağ ev Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı yeni mövqe işləyib hazırlamağa çalışıb. İndi Müllerin komandası araşdırmaq istəyir ki, Flinn Türkiyə hakim dairələrində aldığı milyonlar hesabına bu mövqenin formalaşmasına təsir edibmi.

Flinn Trampın seçki komandasının üzvü olarkən Türkiyənin xeyrinə gizli lobbiçilik edib. Ona pulları Ekim Alptekin adlı iş adamı özünün Hollandiyada qeydiyyatdan keçmiş “İnovo BV” konsaltinq şirkəti üzərindən köçürüb.

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Amerika mətbuatı yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin “Adrenalin” adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.

Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.

Hazırda Müllerin komandası Alptekinin general Flinnə ödədiyi pulların mənbəyini də araşdırır. Və təbii ki, bu araşdırmada azərbaycanlı seksual modelin də adı keçir...




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər