Kiyevdə güclü partlayış Kiyevdə güclü partlayış

Kiyevdə güclü partlayış
Çərşənbə günü axşam saatlarında Kiyev vağzalının ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə "İnterfaks" Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenkoya istinadən xəbər verir. "Ukrainskaya Pravda”nın məlumatına görə, partlayış Cənub Dəmiryol Vağzalının yaxınlığında baş verib. Bu yerin yaxınlığında Ukrayna Müdafiə Nazirliyinin binası yerləşir. UNİAN-ın məlumatına görə, partlayışa səbəb Kiyevin üzərində Rusiya raketinin vurulması idi.
"Minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu Cənub Dəmiryol Vağzalına hava zərbəsi endirilib. Mərmi "İbis” otelinin yaxınlığında düşüb. Stansiya binası sağ qalıb, ona cüzi ziyan dəyib. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”, - Ukrayna Dəmir Yollarının mətbuat xidmətindən bildirilib.

Xəbər lenti