Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi - “Skoç Ədalət” barəsində ilginc iddia

02 Avqust 2021, 12:53
02 Avqust
2021
12:53
1605
"Ədalət Əliyev məndən pul tələb etməyə başlayanda bankdan 8 min manat götürüb ona verdim”
"Bir qadınla əlbir olub mənə oyun qurdu, yataq səhnəmi gizli çəkdirdi, sonra da şantaj elədi. Əvvəl bankdan kreditlə pul götürüb ona verdim, sonra məcbur elədi ki, məktəblərdən hər ay pul toplayım, ona verim. Razılaşmadım, o da görüntülərimi Daxili İşlər Nazirliyinə göndərdi, bu yolla məni daxili işlər orqanlarından qovdurdu. İndi fəhləliklə məşğul oluram, 3 il əvvəl ona vermək üçün götürdüyüm krediti isə ödəyə bilmirəm, faizlər yığılıb, məbləğ 9 min manatı ötüb”.
Hilal Allahverdiyev Qazax Rayon Polis Şöbəsinin keçmiş polis əməkdaşıdır. O, Meydan TV-yə danışır ki, 2016-cı ilin dekabr ayından həmin şöbədə polis leytenantı kimi xidmətə qəbul olunub. Deyir, o, polis şöbəsinə polis əməkdaşı kimi işə götürüləndən sonra Ədalət Əliyev şöbəyə rəis təyin olunub.

Hilal Allahverdiyev Qazax Rayon Polis Şöbəsinin keçmiş polis əməkdaşıdır
"Məcbur edirdi ki, məktəblərdən pul toplayım”
"Mən şöbəyə yeni işə götürülmüşdüm, rəis Natiq Həsənov vəfat etdi, Ədalət Əliyev ora rəis təyin olundu. Həmin vaxt Polis Aakademiyasına kursa göndərildim, yeni işçi kimi mənə verilən maaş kartım şöbəyə gələndə kursda olduğuma görə kartım şöbədə qalmışdı. Ədalət Əliyevlə münasibətimiz ilk olaraq ondan pisləşdi ki, o, maaş kartımdan pulumu çəkmişdi. Mən bundan xəbər tutub pulumu ondan geri tələb etsəm də, qaytarmadı. Bundan başqa, deyirdi "sənin yerinin 30 min qiyməti var, necə olub ki, sən pulsuz gəlib polisə düşmüsən? Bir halda ki, pul vermədən gəlib burda işləyirsən, get o pulu məktəblərdən topla, gətir mənə... Rayonda 48 məktəb var, hərəsindən ayda 50 manat yığsan, 2 min manat edir. Mən etiraz edirdim, deyirdim, məktəbə girmək olmaz, vicdanım yol verməz. Vətəndaşları şöbəyə gətizdirirdi, əl-ayaqlarını "skoç”layıb döyürdü, etiraz edəndə məndən xoşu gəlmirdi. Beləcə, aramızda bir uçurum yaranmışdı, münasibətlərimiz kəskinləşmişdi, bir gün də məni bir qadınla oyuna gətirdi. Mən bilmirdim ki, o qadın Ədalət Əliyevin adamdır, münasibətimiz yaranmışdı, məni evinə apardı, qadın mənim yataq görüntülərimi gizli çəkibmiş. Həmi görüntüləri Ədalət Əliyevə vermişdi, o da məni şantaj edirdi. Bu yolla məndən pul tələb etməyə başlayanda bankdan 8 min manat götürüb ona verdim, sonralar istədiyi pulları verə bilmirdim, deyirdi, get, məktəblərdən topla, mənsə razılaşmırdım. Bir gün də dediyini etdi, mənim görüntülərimi Daxili İşlər Nazirliyinə göndərdi, bununla da karyeramın üstündən xətt çəkildi”.
"Məni hədələyirdi ki, səni də "skoç”layıb ölümünə döyərəm”
Hilal Allahverdiyevin sözlərinə görə, rəisin otağında te-tez hədələrə məruz qalıb:
"Ona Qazaxda "skoç Ədalət” deyirlər. Adamları "skoç”la bağlayıb döyür. Hətta 2018-ci ildə əlində adam da öldü. Hələ işdən qovulmamışdım, tez-tez iş otağına gedirdim, məndən pul tələb edirdi, deyirdim, heç krediti ödəyə bilmirəm, əlavə pulu hardan tapım gətirim? Deyirdim, insanı şantaj altında saxlamaqla günah işlədirsiz, pul tələbini dayandırmasanız, şikayət edəcəm. Məni hədələyirdi, deyirdi, bilirsən də bu otaqda nə qədər oğlan "skoç”layıb döymüşəm, onlardan artıq deyilsən, əl-ayağını "skoç”layıb ölümünə döyərəm səni... Mən ona hətta indi də zəng edirəm ki, bankın kreditini ödəsin, məni hədələyir, təhqir edir”.

Xasiyyətnamə
Hilal Allahverdiyev deyir, Ədalət Əliyevlə bağlı prezidentə, Baş prokurora, ombudsmana, daxili işlər nazirinə saysız-hesabsız məktublar yazıb, ancaq nə maraqlanan var, nə də araşdıran...
Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Meydan.TV-nin bu barədə sorğusuna cavab verib ki, Hilal Allahveridyevin iddiaları cəfəngiyyatdır, faktsız və sübutsuzdur: "Həmin şəxs Daxili İşlər orqanlarından davranış qaydalarına etinasız yanaşdığına görə cəzalandırılıb, təfərrüatlara toxunmaq istəmirəm. Bu şəxsə qarşı hansısa formada qərəz olmayıb. Onun orqandan xaric edilməsi müvafiq araşdırmanın nəticəsi ilə bağlıdır".

Ombudsman aparatının müraciəti
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Cəmiyyət
Aksiyada xəsarət alan jurnalistin sümüyü sınıb
-
Sənəd, Manşet, Cəmiyyət
Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi - “Skoç Ədalət” barəsində ilginc iddia
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Sənəd, Manşet, Cəmiyyət
Baş Prokuroluqdakı süründürməçilik görün vətəndaşı nəyə əl atmağa vadar edib!
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda model və ginekoloqun ölümü ilə gündəmə gəlmiş Sirus Qoçqaninin saxtakarlığı üzə çıxdı
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda sakinlər yeni "Şanxay" salınmasına etiraz edir - CAVİD QURBANOVA MÜRACİƏT
-
Sənəd, Manşet, Cəmiyyət
Xəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq
-
Sənəd, Manşet, Cəmiyyət
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
-
Sənəd, Manşet, Cəmiyyət
"Cənab müstəntiq, bizi uşaq yerinə qoymayın!" - VİLAYƏT EYVAZOVA ŞİKAYƏT