“Jurnalistlərin binasında materialların alınmasına Əli Həsənovun oğlu nəzarət edirdi”

17 Noyabr 2021, 16:59
17 Noyabr
2021
16:59
1999
Nadir Məmmədov: "Siz elə bilirsiz bizim səlahiyyətimiz olub? Biz hambal olmuşuq”
Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisi və təmiri zamanı 16 milyon 928 min manat mənimsəmə ittihamıyla bağlı məhkəmə araşdırmaları davam edir. Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında binaları inşa etmiş "Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədov ifadə verib.
Nadir Məmmədov 11 il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) rəhbərlik etmiş Vüqar Səfərli ilə birlikdə həbs olunub. Bu cinayət işi üzrə hazırda məhkəmə qarşısında 11 nəfər cavab versə də, təqsirləndirilən şəxslərdən yalnız adları çəkilən iki nəfər həbsdədir.
Nadir Məmmədov prokurorun suallarını cavablandırarkən bildirib ki, jurnalistlər üçün binaları inşa edən "Portos” şirkətinin təsisçisi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun baldızı Gülər Vəliyeva idi. Şirkətdə maliyyə məsələlərinə, o cümlədən hansı materialların alınmasına isə Əli Həsənovun oğlu Şamxal Həsənli nəzarət edirdi. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar birinci və ikinci binanın inşası zamanı Şamxal Həsənli ilə elektron poçt vasitəsilə əlaqə saxlayırdılar. Üçüncü binanın tikintisi zamanı isə Şamxal Həsənli nəzarəti daha da artırıb.
"Mən maaşa görə işləməmişəm. Mənə söz vermişdilər ki, oğlumu xaricdə işə düzəldəcəklər. Biz orada heç bir qanunsuz işlə məşğul olmamışıq. Mənim işim texniki məsələlər olub. Qiymət şişirtməsini də görməmişəm. Layihədə nəyi necə yazıblarsa, elə də eləmişik. Bakı Şəhər İcra Hakimiyyətinin tikinti ilə bağlı müəyyənləşdirilən normaları vardı. Onlara əməl edilib. O binaların tikildiyi ərazi sürüşmə zonasıdır. Ona görə də binanın bünövrəsinə layihədə nəzərdə tutulduğundan xeyli artıq vəsait sərf olunmuşdu. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada "Portos” şirkəti 3.2 milyon ziyana düşdü. Ziyana getməyimizə baxmayaraq, yenə də ən bahalı, keyfiyyətli materiallardan istifadə olunurdu. Həm materialların alınması, həm də maaşların ödənişi köçürmə yoluyla həyata keçirilirdi. Yalnız ikinci binanın tikintisi gedəndə bir dəfə təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək…”, – təqsirləndirilən Nadir Məmmədov bildirib.
O, Vüqar Səfərli və digərləri ilə əlbir olması barədə ittihamda yazılanları rədd edib:
"Biz kimik ki? Ya Vüqar Səfərli, ya mən? Siz elə bilirsiz bizim nəsə səlahiyyətimiz olub? Biz hambal olmuşuq. Kim nə iş görüb, bu barədə suallarınızı Şamxal Həsənliyə verin. O, hər şeyi bilir”.
Məhkəmədə KİVDF-nin tədbirlərinin keçirildiyi "Altun” və "Xəmsə” restoranlarının direktor müavini və icarədarı – Təmkin Xəlilov və Valeh Orucov da dindirilib. Onlar da təqsirləndirilən şəxslər arasındadır. Çünki Vüqar Səfərli restoran səlahiyyətliləri ilə əlbir olub, tədbirlər zamanı qiymətlərin, qonaq sayının şişirdilməsi və bu yolla vəsaitin bir hissəsinin mənimsənilməsində də ittiham olunur.
Təmkin Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Təhminə Yaqubovanı (Fondun mühasibi) tanıyır.
Onun sözlərinə görə, restoranda keçirilən tədbirlər zamanı böyük zalda olan 250-300 nəfərdən əlavə, digər kiçik zallarda da Fondun dəvət etdiyi qonaqlar olurdu:
"Təkcə AzTV-dən dörd böyük maşında gəlirdilər, onlar başqa zalda otururdular. Nazirlər, vəzifəli şəxslər olurdu. Bəzi masalara bahalı içkilər qoyulurdu. Hesablama Palatası audit yoxlamasında bunları nəzərə almayıb”.
Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.
Bu iş üzrə təqsirləndirilən şəxslər arasında jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova və digərləri var.
Fond yaranandan – 2009-cu ildən 2020-ci ilə qədər bu quruma rəhbərlik etmiş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.
Vüqar Səfərlinin bir sıra əmlaklarının, o cümlədən özünün və oğlunun bank hesablarındakı 850 min manat əmanətin üzərinə həbs qoyulub.
11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”