Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib
 Koronavirusa yoluxan idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib. Mərhumun qardaşı Rəşad Şükürov məlumatı APA-ya təsdiqləyib.
Əşrəfoğlunun ölüm səbəbi koronavirusa yoluxması olub. Elnur Əşrəfoğlu bu il sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra xəstəxanaya köçürülmüşdü.
Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək oğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi. Bundan sonra fond Əşrəfoğlunun müalicəsini nəzarətə götürmüşdü.

Xəbər lenti