İŞİD-ə pul göndərməkdə ittiham olunan azərbaycanlılar məhkəmə qarşısında

04 Noyabr 2020, 13:28
04 Noyabr
2020
13:28
427
Həbsdən şikayət edənlər hədələndiklərini bildirirlər
Bakıdan İŞİD-ə maliyyə yardımında ittiham olunan 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Amma onlar günahsız olduqlarını deyirlər. Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakim Səbuhi Hüseynova birgə müraciətlərini təqdim edərək, cinayət işində adıçəkilən, amma ortada olmayan Tural adlı şəxsin müəyyənləşdirilməsini istəyiblər.
Təqsirləndirilən 11 nəfər bunlardır: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli.
Onlara qarşı Cinayət Məcəlləsinin167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) və 214-1 (terroru maliyyələşdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir.
Samir Qurbanov bildirib ki, 1 il 6 aydır heç bir günahı olmadığı halda, həbsdədir. Onun istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında fərq var. İstintaqdakı ifadəsində ittihamı qəbul edib. O, təzyiqlər nəticəsində belə bir ifadəyə razılıq verdiyini bildirib.
S.Qurbanovun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu Tovuzda tutub Bakıya gətiriblər: "Gətirəndə məni döymədilər. Amma hədələdilər. DTX-da yerdə bir nəfər var idi, ağız-burnu qan içində idi. Elə döymüşdülər ki, sir-sifəti vəziyyətdə pis gündə idi. Anladım ki, deyilənləri eləməsəm, mən də o vəziyyətə düşə bilərəm. Psixoloji təzyiqlərə görə razılaşdım. Əslində isə orada yazılanlar yalandır”.
Təqsirləndirilən şəxslərdən Cavid Əmənovun valideynləri prezidentə və başqa dövlət orqanlarına müraciət edərək, oğlunun günahsız olduğunu vurğulayıb, bu işə ədalətli baxılması üçün kömək istəyib.
S.Qurbanov deyir ki, həmin müraciətdən sonra bu işdəki digər təqsirləndirilən şəxslərin ailə üzvlərinə qarşı təzyiq olub: "Ailə üzvlərimizi aparıb saxlayıblar, təzyiq ediblər ki, bundan sonra heç kim şikayətçi olmasın”.
Cinayət işinin materiallarında Tural adlı şəxsin adı çəkilir, dini-ekstremizmi təbliğ edən materialların onun vasitəsilə yayıldığı, Suriyaya göndərilmək üçün pulun ona verildiyi iddia olunur.
Təqsirləndirilən şəxslər həmin Turalın müəyyənləşdirilib məhkəməyə çağrılmasını tələb edirlər. S.Qurbanov onların bu haqda birgə müraciətini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxslər onu da bildiriblər ki, onlar mütəşəkkil dəstə kimi təqdim olunur. Amma bir-birini tanımırlar.
Hakim məktubun cinayət işi materiallarına əlavə edilməsinə razılıq verib. Bildirib ki, məhkəmə bu məsələ ilə bağlı qərar verəcək.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi