İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil

07 Oktyabr 2019, 11:16
07 Oktyabr
2019
11:16
1960
Bir neçə gün əvvəl iş adamı Aydın Əhmədovun atası tərəfindən oğlunun həbsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin adının hallandırıldığı yazı dərc olunub. Yazıda iş adamının atası Şirməmməd Əhmədov iddia edirdi ki, oğlu E.Quliyevin əmisi oğlu Ramin Quliyevin şikayəti əsasında tutulub. O, eyni zamanda həbsin sifarişli olması, oğlunun dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edildiyi pulların E.Quliyevə məxsus olduğu da qeyd edilirdi.

Muxtar Mustafayev
Vəkillər Kollegiyası
"Ədalət" Vəkil Bürosunun vəkili, R.Quliyevin vəkili və nümayəndə Muxtar Mustafayev Criminal.az saytına məqalə ilə bağlı rəsmi açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
"Criminal.az" internet portalında "Bildirdi ki, pullar DSX-nin rəisi Elçin Quliyevə məxsusdur. Əgər pul sahibinə verilməsə..." GENERALIN ADI HƏBS SİFARİŞİNDƏ HALLANDI” başlıqlı məqalə dərc edilib. Məqalədə Quliyev Ramil Bilal oğlunun şikayəti əsasında Əhmədov Aydın Şirməmməd oğlunun Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı heç bir sübut, əsas olmadan guya, iş adamı Quliyev Ramil Bilal oğluna məxsus pul vəsaitlərinin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə aid olması, guya, Əhmədov Aydın Şirməmməd oğlunun da onun sifarişi ilə həbs edilməsi bildirilir.
Məqalədə Əhmədov Aydın Şirməmməd oğlunun müdafiəçisi "Aydın Əhmədovun dediyinə görə” kimi ifadəsi ilə müşayiət olunan bəyanatlar verməklə, həmçinin bu bəyanatlarda Elçin Quliyevin adını hallandırmaqla və Quliyev Ramil Bilal oğlunu onun "yaxın qohumu”, "əmisi oğlu” kimi təqdim etməklə, bu yolla əslində o özü istintaqa təzyiq etmək məqsədi güdür.

Aydın Əhmədov
Nəzərinizə çatdırırıq ki, Əhmədov Aydın Şirməmməd oğlunun təqsirləndirildiyi cinayət əməlinin yalnız Quliyev Ramil Bilal oğluna münasibətdə deyil, həm də digər şəxslərə münasibətdə törədilməsinə dair ittiham irəli sürülüb. Həmin iş üzrə istintaq sirri hesab edilə bilən məlumatları hazırda açıqlaya bilmərik. Lakin nəzərinizə çatdırırıq ki, dərc olunmuş məqalədə nümayəndəsi və vəkili olduğum Quliyev Ramil Bilal oğlu və onun "yaxın qohumu” kimi təqdim edilən cənab Elçin Quliyev və başqa şəxslər, qanuna görə cinayət hesab edilən əməllərdə ittiham edilirlər və bu məlumatlar oxucuya təsdiq olunmuş fakt kimi təqdim edilir.
Halbuki, nümayəndəsi və vəkili olduğum Ramil Quliyev Elçin Quliyevin bibisi nəvəsidir.

Ramin Quliyev
Cinayət Prosessual Məcəlləsinə görə (maddə 7.0.32) yaxın qohumlar- babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir.
Əmək Məcəlləsinə görə isə "yaxın qohum” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülür. (maddə 296-nın "Qeyd hissəsi”)
Göründüyü kimi, nümayəndəsi və vəkili olduğum Ramil Quliyev Elçin Quliyevin yaxın qohumu deyildir, bundan əlavə, onun hər hansı bir vəzifəli şəxsin qohumu olması, biznes fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək hüququnu məhdudlaşdıran amil kimi ola bilməz. Ramil Quliyev sahibkarlıqla məşğul olmaqla özünə aid pul vəsaitlərini Əhmədov Aydın Şirməmməd oğluna verib, sonuncu tərəfindən pul vəsaitləri mənimsənildiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan əlavə, Quliyev Ramil Bilal oğlunun icazəsi olmadan onun fotoşəkli də məqalədə yerləşdirilib.

"Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanununun 2.1.1 cimaddəsinə əsasən, fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır.
Həmin Qanunun 5.6-ci maddəsinə əsasən, telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.
Dərc edilmiş məqalədəki məlumatlar həqiqətə uyğun olmayan məlumatlar olduğundan, "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 44-cü maddəsində təsbit edilmiş hüququmuza istinad edərək, hazırkı yazını cavab kimi dərc etməyinizi və yuxarıda adı çəkilən məqalədən Quliyev Ramil Bilal oğlunun fotoşəklinin çıxarılmasını xahiş edirik.
Xatırladaq ki, M.Mustafayev bir müddət əvvəl baş nazirin müavini Əli Həsənovun ölümlə nəticələnən avtomobil qəzasına görə məhkum edilmiş nəvəsi Nail Allahverdiyevin də hüquqlarını müdafiə edib. N.Allahverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir.


Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"İcra başçısı obyektimi məhv edib..." - Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
`Nənəmgili zirzəmidən də qovurdular` – Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İllər əvvəl seçim edən, indi general olanlar
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..." - "Şərurlu İsfəndiyar"ın bacısı oğlunun əməlləri
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..."