"İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik..." - Polis qarşısında ETİRAF

 "Yox, yox, mən narkotik satışı ilə məşğul deyiləm", "həyat yoldaşım məşğul idi, o da tutulub". Polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilən qadın ilkin ifadəsində belə deyib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin Criminal.az-a verdiyi məlumata görə, o olduqca peşəkar realizator idi.
22 yaşlı Cəlilabad rayon sakini İlahə İsmayılovanın üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanıb.
Qadın deyib ki, tutulması onun üçün gözlənilməz olub. Tutarlı və əsaslı sübutlardan sonra ifşa olunan qadın etiraf edib ki, qadınlığından utanır, artıq gecdir, hamı onu bağışlasın, onlarla gənci  məhv ediblər:
"Bilərəkdən edirdik. O pulları biz öz rahat həyatımız üçün xərcləyirdik. İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik...".

Xəbər lenti