İki kəndin adı dəyişdirildi

İki kəndin adı dəyişdirildi
Milli Məclis qanun layihəsini təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın işğaldan azad edilən iki kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihələri müzakirə edilib. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” və "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihələri Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Bu barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Müzakirələrdən sonra Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi, Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması barədə layihələr təsdiq edilib.

Xəbər lenti