"İcra başçısı obyektimi məhv edib..." - Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi

30 May 2020, 12:28
30 May
2020
12:28
791
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı əlil ailəsinin obyektini əlindən alıb. Minayə Babayeva Criminal.az saytına müraciət edərək bildirib ki, icra başçısı Taleh Qaraşov şəhərin mərkəzində yerləşən obyektini söksə də, heç bir təzminat ödəməyib.
M.Babayeva deyir ki, əvvəllər Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 115a saylı ünvanda yerləşmiş "Qığılcım” kiçik müəssisəsi (ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərmişdir) atası Abdullayev Şamil Kərim oğluna məxsus olub. Şikayətçinin sözlərinə görə, həmin ərazi və orada tikilmiş qeyri-yaşayış sahəsi 1995-ci ildən etibarən atasına məxsus olub:

"Həmin obyekt bir neçə il fəaliyyət göstərsə də sonradan həmin obyekti atam işlətmədiyi üçün bağladı və darvazalarını qıfılladıq. 2013-cü ildə həmin qeyri-yaşayış sahəsinə dair çıxarış da alınıb. Həmin qeyri-yaşayış sahəsinin 4 sot həyətyanı sahəsi də var idi və həmin torpaq sahəsi də atama məxsus idi. Biz oranı satmaq qərarına gəldiyimiz üçün darvazanın üstünə "satılır” yazısı və əlaqə nömrəmi də yazmışdıq. 2014-cü ilin yay aylarında təsadüfən Lənkəran şəhərinə gedərkən atama məxsus olan həmin obyektin darvazasının söküldüyünü və içəriyə fəhlələr tərəfindən nəsə daşındığını gördüm. Orada işləyən tanımadığım fəhlələrlə söhbət zamanı onlar mənə həmin yerin yaxınlığında yerləşən "Mədəniyyət Evi”nin yenidənqurulması ilə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun göstərişi ilə atama məxsus olan obyektin söküləcəyini, həmin vaxt atama məxsus olan həmin obyekti tikinti materiallarının saxlanc yeri kimi istifadə etdiklərini bildirdilər. Atam mənə etibarnamə verdikdən sonra mən həmin məsələ ilə bağlı Lənkəran rayon polis idarəsinə və Lənkəran rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət etdim, bundan sonra məni Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov qəbul etdi. Qəbulda olarkən Taleh Qaraşov cənab Prezidentin göstərişi ilə mənim atama məxsus obyektin də söküləcəyini bildirdi. Mən cənab Prezidentin göstərişinə heç bir etirazımız olmadığını, həmin obyekti satmaq fikrində olduğumuzu və bizə pul kompensasiyası verilməsini istədiyimizi bildirdim. Taleh Qaraşov bizə heç bir halda pul kompensasiyası verilməyəcəyini söylədi, mən ona bu məsələ ilə bağlı cənab Prezidentə şikayət edəcəyimi söylədim, İcra Başçısı Taleh Qaraşov mənə "get kimə istəyirsən şikayət elə” sözlərini deyərək mənimlə kobud danışdı, "nə verirəm onunla razılaş, əks halda heç nə əldə etməyəcəksən” sözlərini dedi".

M.Babayeva qeyd edir ki, əvvəlcə başçı ilə razılaşmayıb, sonradan ona qarşı heç bir formada mübarizə apara bilməyəcəyini başa düşüb: "Təxminən 1 ay sonra yenidən Taleh Qaraşovun qəbuluna getdim, Taleh Qaraşov mənə atama məxsus həmin obyektin əvəzinə başqa yerdən torpaq sahəsi verəcəyini dedi. Mən məcbur olub Başçının dediyi ilə razılaşdım. Başçı Taleh Qaraşov dəyərindən dəfələrcə aşağı olan ayrı-ayrı yerlərdə bizə 140 kv.metr və 80 kv.metr ölçüdə torpaq sahələri verilməsi barədə sərəncam verdi. 140 kv.metr ölçüdə olan torpaq sahəsini biz 7000 manata başqa bir şəxsə satdıq. 80 kv.metr ölçüdə olan torpaq sahəsində isə obyekt tikmək istəyirdik, həmin vaxt İcra Başçısı Taleh Qaraşovun mənim adıma 26 avqust 2014-cü il tarixli 234 saylı Sərəncamı ilə ayırdığı 80 kv.metr ərazidə olan torpaq sahəsinin yerini Başçının müavini Möhübbət Babayev özü mənə əyani şəkildə göstərdi. Həmin ərazi sərəncama əsasən rayonun Heydər Əliyev prospektində, dəmir yolu xəttinə çox yaxın məsafədə yerləşirdi. Mən həmin yerə təxminən 14 000 manata yaxın xərc çəkib tikinti işləri apardım, obyektin damı vurulan vaxt daşınmaz əmlakın dövlət reyestr xidmətinin və dəmir yolunun əməkdaşları oraya gəlib tikintini dayandırmağımı, həmin ərazinin dəmir yollarının ərazisi olduğunu, həmin yerə boşuna pul xərcləməməyimi, oraya heç bir zaman çıxarış ala bilməyəcəyimi söylədilər. Mən tikintini dayandırdım və bununla bağlı 3 dəfə Başçı Taleh Qaraşovun özünün 2 dəfə isə müavini Möhübbət Babayevin qəbulunda oldum. Bütün qəbullar zamanı həm Başçı, həm də müavini mənə həmin məsələni böyütməməyimi, mənə ya pul kompensasiyası verəcəklərini, ya da başqa bir ərazidən qanuni sənədli torpaq sahəsi verəcəklərini vəd etdilər. Həmin vaxtdan sonra dəfələrlə Bakı şəhərindən Lənkərana Başçının qəbuluna getdim, lakin başçı məni qəbul etmədi. Həmin vaxtdan sonra mən president.az saytına onlayn müraciət etsəm də hal-hazırki vaxtadək mənim müraciətimə baxılmaıbş. 80 kv.metr ölçüdə olan torpaq sahəsini tikdiyim obyekti 6 ildir ki, nə sata bilirəm, nə də ki istifadə edə bilirəm".

"Atam Şamil uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir, ayağı amputasiya olunub və bu səbəbdən atama mən baxıram, atamla birlikdə Bakı şəhərində yaşayıram. Hər dəfə bu məsələ ilə bağlı Bakıdan Lənkərana getmək mənim üçün çox çətindir.
Xahiş edirəm ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən əmlakımızın qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsi, obyektimizdə olan əmlakın talanması ilə bağlı bizə dəymiş maddi ziyanın ödənilsin, obyektin əvəzinə bizə pul kompensasiyası və ya həmin obyektin dəyərinə uyğun qanuni əmlak verilsin. Taleh Qaraşovun və onun müavini Möhübbət Babayevin əməllərinə hüquqi qiymət verilsin".
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinndən iddialara münasibət öyrənmək mümkün olmadı.





Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
“General-mayor Zaur Məmmədov ev tikmək üçün yolumuzu zəbt edib”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"İcra başçısı obyektimi məhv edib..." - Əlil ailəsi Taleh Qaraşovdan şikayət etdi
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
`Nənəmgili zirzəmidən də qovurdular` – Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb”
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İllər əvvəl seçim edən, indi general olanlar
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..." - "Şərurlu İsfəndiyar"ın bacısı oğlunun əməlləri
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..."