Hulusi Akar Zakir Həsənova zəng etdi

Hulusi Akar Zakir Həsənova zəng etdi
 Türkiyənin Müdafiə Naziri Hulusi Akar və Azərbaycanın Müdafiə Naziri General Zakir Həsənov arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi Feysbuk hesabında məlumat verilib.
Telefon danışığı zamanı hər iki ölkənin Müdafiə nazirləri Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün başlatdığı əməliyyatlarla bağlı son vəziyyəti müzakirə edib. Hulusi Akar Füzuli şəhərinin işğaldan azad edilməsi və mülki yaşayış məntəqələrini atəşə tutan Ermənistana məxsus iki SU-25 döyüş təyyarəsinin məhv edilməsi münasibətilə Azərbaycan Ordusunu təbrik edib.

Xəbər lenti