Hərbçi Albert Mikaelyan: "Qarabağa 1500 kürd muzdlusu gətirilib, hərəsinə 600 dollar ödənilir" Hərbçi Albert Mikaelyan:

Hərbçi Albert Mikaelyan:
 Ermənistan silahlı qüvvələrinin əsir götürülən kiçik serjantı Mikayelyan Albert Yervandi ölkəsinin işğal altında saxladığı Dağlıq Qarabağa kürd əsilli muzdlular gətirdiyini etiraf edib. Erməni hərbçi qeyd edib ki, 1500 nəfərədən ibarət olan muzdlular Azərbaycan Ordusuna qarşı döyüşmək üçün hazırlaşıblar.
O bildirib ki, hər bir muzdlu ayda 600 dollar alır və onlar 10-15 nəfərlik qrup halında hərbi təlimlər keçirlər. 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olan Mikayelyan Albert 2019-cu il dekabrn 19-da hərbi xidmətə çağırılıb, Gümrü şəhərində xidmət edib. Orada 6 ay "Faqot"dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb. Ondan 6 ay sonra Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilib.
"Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar".

Xəbər lenti