“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb “Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb

“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
 Sumqayıtda yerləşən "Həmid” avtosalonu Azərbaycan vətəndaşı olan Çinarə Məmmədovanı özünü öldürmək həddinə çatdırıb. Çinarə Məmmədova daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə ünvanladığı məktubda yazır ki, özünə məxsus Az 99 HB !!! dövlət qeydiyyat nişanlı "Pajero İO” markalı maşını avtosalona qoyaraq pul götürüb:
"Həmin maşınla sərnişin daşıyıb gündəlik qazanc əldə edib xəstə anamı saxlayırdım. Bakıda kirayədə yaşayırıq. Kirayə pulu, kommunal xərcləri ödəyib dolanırdıq. Anamın xəstəliyi şiddətləndiyindən mənə təcili 2500 manat pul lazım oldu.
Eşitmişdim ki, maşını avtosalona qoyub pul götürmək, aylıq ödəməklə maşını girovdan çıxarmaq olur. Sumqayıt şəhərində yerləşən "Həmid” avtosalona getdim, maşını girov qoyub 2500 manat pul aldım. Sumqayıt Dövlət Yol Polisinə getdik, maşını öz adlarına keçirdilər, 700 manat sənədləşmə üçün məndən pul aldılar. 2 illik ayda 269 manat qaytarmaq şərti ilə müqaviləyə qol çəkmişəm. Mənə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq xəstə valideynimə baxır, evin kirayəsini ödəyir, kommunal xərcləri ödəyirdim.
2020-ci il oktyabrın 19-u maşının mühərriki sıradan çıxdı. Binə kəndində ustaya qoydum. 1 ay yarım maddi imkanım olmadığı üçün maşının aylıq kirayə pulun ödəyə bilmədim. Avtosalona zəng edib bildirdim ki, 2 ayı bir yerde ödəyəcəm.
Elşən adlı şəxs dedi ki, günlük 10 manat icarə pulu, əlavə 300 manat verməlisən. Çarəm olmadığı üçün onlarla razılaşdım. 2 ay tamam olmamış, dekabrın 2-si səhər məndən xəbərsiz kirayə yaşadığım ünvanın qarşısından avtomaşınımı aparıblar. Elşən adlı şəxslə əlaqə saxlayıb avtomaşınımı niyə xəbərsiz aparmısız soruşdum.
Dedi mən o işlərə baxmıram. Namiq müəllimlə əlaqə saxla. Namiq müəllimlə əlaqə saxladım, onlara maddi vəziyyətimin çox pis olduğumu dedim. Dedi ki, sənin maşının yoxdu, maşın mənimdir. Başa saldım ki, mən maşının mühərrikini yığdırmışam, əgər maşını qaytarmasalar, evin kirayə haqqını da ödəyə bilməyəcəyəm, anamla məni evdən də çıxaracaqlar. Mənə nə deyib telefonu söndürdü. Avtosalona getdim. Elşən müəllimə, çox pis vəziyyətdəyik, anamın dərmanları belə ala bilmirem dedim. Anamın reseptlərini, ayaqlarının şişmiş fotolarını da göstərdim.
Bildirdi ki, mənə yox, Namiq müəllimə de. O, mütəşəkkil dəstədə işləyir, mən sizə komək edə bilməyəcəm, 4800 manat pul gətir, maşını apar. Həmin gün kor-peşman evə qayıdıb özümü öldürmək istədim. Dərman atıb özümü oldürməyə cəhd göstərdim. Allah məni qorudu, ölmədim. Ayıldım, yenidən salona getdim. Namiq orda idi. 15 kişinin içində məni təhqir etdi, ağır sözlər deyib qovdu. Artıq özümü öldürmək həddinə gəlmişəm. Son sozumu sizə yazıb bildirmək istədim. Mənim qürurumu qırdılar, tehqir etdilər. Həmin sözləri burda yazmaq bele istəmirəm. Mən də kiminsə bacısıyam, qızıyam, Azərbaycan övladıyam. Yazıb sizdən xahis edirəm ki, mənim ailə vəziyyətimi nəzərə alaraq əlacsız və carəsiz olduğum üçün mənə köməklik göstərəsiz. Özümü carəsizlikdən öldürmək həddindəyəm... Allahımdan və sizdən başqa ümüd edəcəyim bir kimsəm yoxdur. Mən sizin humanistliyinizə və ədalətli olmağınıza güvənirəm. 





Xəbər lenti