"Haqlı mübarizədə Azərbaycanın yanındayıq"

Türkiyənin müxalif CHP lideri Kemal Kılıçdaroğlu Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə qarşı həyata keçirdiyi raket hücumlarını qınayıb. Criminal.az xəbər verir ki, o, bu barədə Twitter hesabından yazıb.
"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə etdiyi hücumlarla müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə qınayıram. Qardaş Azərbaycan xalqına başsağlığı diləyir, haqlı mübarizələrində yanlarında olduğumuzu bir daha təkrarlayıram".

Xəbər lenti