Sumqayıtda dəhşətli hadisə: qadınlar öldü

Sumqayıtda dəhşətli hadisə: qadınlar öldü

Sumqayıtda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Sumqayıt şəhərinin mərkəzindəki Sülh küçəsində "Hyundai" markalı, 50 AD 889 dövlət nömrə nişanlı avtomobil yolu keçən qadınları vurub. Nəticədə ağır xəsarət alan 29 və 48 yaşlı iki qadın hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

+++++

Dünən axşam saatlarında Sülh küçəsində "Hyundai" markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı "Hyundai"ın vurub öldürdüyü şəxslərin 1969-cu il təvəllüdlü Abdullayeva Arzuyə Məlikəjdər qızı və 1988-ci ildən anadan olmuş Rzayeva Nuşabə Hakan qızı olması müəyyənləşib. Qəzanı törədən sürücü saxlanılıb, Avtomobil cərimə meydançasına aparılıb. Araşdırma aparılır. 




Loading...

Loading...