Sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Sərnişin avtobus sürücüsünü döydü – VİDEO

 Bakıda marşrut avtobusunun sürücüsünə hücum edilib. Qafqazinfo xəbər verir ki, hadisə oktyabrın 10-u, saat 19:20 radələrində, “28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb. Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib.

O, "BakıKart" sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək, qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq, xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan qaçıb. Hadisə nəticəsində istismarçı şirkətə ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.




Loading...

Loading...

Oxşar xəbərlər