Sahibkar prezidentə müraciət etdi, başçı buldozerlə obyektini dağıtdı - SON DƏQİQƏ

Sahibkar prezidentə müraciət etdi, başçı buldozerlə obyektini dağıtdı - SON DƏQİQƏ

Gədəbəydə icra başçısı Ramiz Yediyarov görünməmiş özbaşınalığa imza atıb. Başçı 6 il əvvəl sahibkar Fəxrəddin Bağırovun obyektinin qarşısını tikib. Sahibkar ötən illər ərzində müxtəlif qurumlara, o cümlədən Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciətlər edib. Bu günlərdə icra başçısı Ramiz Yediyarovun imzası ilə müraciətə cavab verilib. Cavabda yazılıb ki, guya sahibkar obyektinin qarşısına hasarı özü çəkdirib. Sahibkar cavabı aldıqdan sonra divarı sökdürüb və az keçməmiş başçı İcra Hakimiyətinə tabe olan qurumların işçilərini əraziyə göndərərək hasarı yenidən hördürməyə başlayıb. Sahibkar bununla bağlı ölkə rəhbərliyinə, müxtəlif KİV-ə müraciət edərək tikintinin qarşısının alınmasına çağırış edib. 

Buna da bax: Gədəbəydə icra başçısı sahibkarın obyektinin qapısını hördürür - TƏCİLİ+FOTOFAKTLAR

Criminal.az xəbər verir ki, F.Bağırovun bu müraciətindən sonra əraziyə Gədəbəy Rayon polis Şöbəsinin əməkdaşları və İcra Hakimiyyətinin işçiləri gəlib. Sabhibkarın obyektindəki işçiləri polis gücünə oradan çıxarıb obyektin hasarını uçurublar. Ramiz Yediyarov F.Bağırovun ölkə rəhbərliyinə buldozerlə cavab verib.

Belə görünür ki, icra başçısı cənab prezidentin yeritdiyi istisadi siyasətə qarşı addımlar atmaqda israrlıdır. Ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı atdığı məqsədyönlü addımları sobataj etməkdən çəkinmir. Ramiz Yediyarovun öz qanunsuz əməllərini polisin gücündən istifadə etməklə gerçəkləşdirməsi də heç şübhəsiz ki, diqqət mərkəzindən kənar qalmayacaq.

Daxili işlər naziri Ramil Usubovun belə vəziyyətlərdə birmənalı mövqeyi, ölkə prezidentinin iqtisadi siyasətini dəstəkləməsi nəzərdən qaçmır. Məsələ ilə bağlı DİN rəsmilərini də mövqeyini təqdim etməyə hazırıq.




Loading...


loading...
Loading...
loading...