Odlu silahdan atəş açılıb - Diaspora rəhbəri oğlunun ölümünün TƏFƏRRÜATI

 Odlu silahdan atəş açılıb - Diaspora rəhbəri oğlunun ölümünün TƏFƏRRÜATI

Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qanlar içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib. O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb.

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov APA-ya mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".




Loading...

Loading...