Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum oldu - FOTO

Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum oldu - FOTO

Dekabrın 2-də Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Ağstafada kişi meyitinin tapılması ilə əlaqədar məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı, üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb.

Meyiti tapılan şəxsin əlamətləri belə idi: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə"KƏPИM","ЯƏСЦ47" , "С.Ə","СНГ С.Ə", "НАГЫ А" hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum-şalvar, sarımtıl rəngli köynək olub.

"Həmin şəxsi tanıyanlardan "102 Zəng Mərkəzi"nə, Ağstafa Rayon Polis Şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanırdı. Virtualaz.org bildirir ki, artıq meyiti tapılan şəxsin kimliyi bəlli olub. DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən son məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini, 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmadığından onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.


Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum oldu - FOTO
Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum oldu - FOTO
Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum oldu - FOTO


Loading...

Loading...