Hacı Məmmədovun bacısı: Meyiti sabah alıb dəfn edəcəyik

Hacı Məmmədovun bacısı: Meyiti sabah alıb dəfn edəcəyik

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək. Bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib.

A.Məmmədova bildirib ki, H.Məmmədovun meyiti dekabrın 5-də Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən yaxınlarına təhvil veriləcək: "Bu gün bizə dedilər ki, hələ ekspertiza edilir, meyitdən analizlər götürülür. Axşamtərəfi vəkilimiz danışıqlar apardı və bizə dedilər ki, sabah əlaqə saxlayarsınız. Sabah əlaqə saxlayacağıq. Meyiti versələr səhər dəfn edəcəyik".

A.Məmmədova bildirib ki, H.Məmmədov Saray qəsəbəsindəki qəbiristanlıqda dəfn edilməyəcək: "Məsləhətləşmələr aparırıq, ola bilsin ki səhər Yasamal qəbiristanlığında dəfn elədik".

Qeyd edək ki, dekabrın 3-də H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.




Loading...

Loading...