Fazil Məmmədovun gedişi Binə Ticarət Mərkəzini qarışdırdı - KƏBİRƏ MƏMMƏDOVANIN VURULDUĞU DEYİLİR

Fazil Məmmədovun gedişi Binə Ticarət Mərkəzini qarışdırdı - KƏBİRƏ MƏMMƏDOVANIN VURULDUĞU DEYİLİR

Vergilər naziri Fazil Məmmədovun postundan çıxarılması Bakının məhşur ticarət mərkəzini qarışdırıb. Binə ticarət mərkəzində çalışan sahibkarların Criminal.az saytına verdiyi məlumata görə, dekabrın 5-də vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması ilə eyni gündə ''Binə'' ticarət mərkəzində aləm qarışıb.

Sahibkarlar iddia edir ki, dekabrın 5-də günorta saatlarında ''Binə'' ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova orada çalışan işçiləri toplayaraq vergi pulunu ödəməməkdə günahlandırıb.

Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla ona ödəyirlər. Bundan sonra K.Məmmədova obyektlərindən birini qarşısındakı reklam lövhəsini təpiklə aşırıb. Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar.

Onlar vergilər naziri Fazil Məmmədova və Kəbirəyə qarşı etiraz ediblər. Yaşlı qadın sahibkarlardan biri bel ilə Kəbirəni vuraraq yıxdığı da iddia olunur. Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.




Loading...

Loading...