Əsgər yanına gedən ailə dəhşətli qəzaya düşdü: ölən və yaralananlar var

Əsgər yanına gedən ailə dəhşətli qəzaya düşdü: ölən və yaralananlar var

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb.

Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.




Loading...


loading...
Loading...
loading...