Bakıda yaşlı qadını maşın vuraraq öldürüb

Bakıda yaşlı qadını maşın vuraraq öldürüb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.




Loading...

Loading...